Bakıda 15 yaşlı qız anasına görə atasını  öldürdü - YENİLƏNİB
04 fevral 2026 10:13 (UTC +04:00)

Bakıda 15 yaşlı qız anasına görə atasını öldürdü - YENİLƏNİB

0

Bakıda 15 yaşlı qızı tərəfindən bıçaqlanan ata ölüb.

Lent.az-ın əldə etdiyi məlumata görə, yeniyetmə qızı tərəfindən bıçaqlanan 49 yaşlı Haşımov Rüfət Arif oğlu ağır xəsarətlərlə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb və o, dünən həmin xəstəxanada dünyasını dəyişib.

***
3 fevral, saat: 01:43

Bakının Nizami rayonunda ailə məişət zəminində bıçaqlanma hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun İsmayıl Məmmədov küçəsində yerləşən mənzildə qeydə alınıb.

Zərərçəkənin anası hadisənin başqa bir şəxs tərəfindən törədildiyini bildirsə də, DİN-dən sorğumuza cavab olaraq bildirilib ki, 1977-ci il təvəllüdlü Haşımov Rüfət Arif oğlu mübahisə zamanı həyat yoldaşını döyüb.

Bunu görən onların 15 yaşlı qızı bıçaqla Rüfət Haşımova xəsarəti yetirib. Yaralı döş qəfəsinin kəsilmiş deşilmiş xəsarəti ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Rüfət Haşımov cərrahi əməliyyat edilib. Fakt üzrə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşları araşdırma aparır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1924

Oxşar yazılar