Bakıda 4 ofisiantı  "tok" vurub öldürdü - ADLAR  - YENİLƏNİB
21 noyabr 2025 14:30 (UTC +04:00)

Bakıda 4 ofisiantı "tok" vurub öldürdü - ADLAR - YENİLƏNİB

0

Baş Prokurorluq Bakıda ofisiantların ölümü ilə bağlı məlumat yayıb. 

Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a bildirilib ki, noyabrın 21-də Binəqədi rayonu, Xırdalan-Binəqədi şosesinin 4-cü kilometrliyində yerləşən "Lake Hotel"in işçiləri - 28 yaşlı Cavidan Muradlı, 20 yaşlı Emil Quliyev, 19 yaşlı Eltac Əliyev və 18 yaşlı Əkbər Zeynalovun qeyd olunan hotelin qarsısında iş görən zaman elektrik cərəyanı vurması nəticəsində ölmələri faktına görə Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarının pozulması ehtiyatsızlıqdan 2 və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

***

saat 14:13

Bakının Binəqədi rayonunda elektrik cərəyanı vurması nəticəsində ölən ofisiantların adları məlum olub.

Lent.az xəbər verir ki, onlar - 18 yaşlı Əkbər Zeynalov, 19 yaşlı Eltac Əliyev, 20 yaşlı Emil Quliyev və 27 yaşlı Cavidan Muradlıdır.

 

***
saat 13:20

 

Bu gün Binəqədi rayonu, Biləcəri qəsəbəsində faciəvi hadisə baş verib.

Lent.az xəbər verir ki, Binəqədi şosesində yerləşən “Lake Hotel” şadlıq sarayının yaxınlığında qeydə alınıb.

Restoranın 4 əməkdaşını cərəyan vuraraq öldürüb. /qafqazinfo

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 896

Oxşar yazılar