Bakıda 79 motosiklet və moped cərimə meydançasına  yerləşdirildi
23 iyun 2026 14:40 (UTC +04:00)

Bakıda 79 motosiklet və moped cərimə meydançasına yerləşdirildi

0

Paytaxt ərazisində cari ilin 5 ayı ərzində motosiklet və mopdelərin iştirakı ilə ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı 6 fakt, qəza nəticəsində ölənlərin sayı 5 nəfər, xəsarət alanların sayı isə 1 nəfər olub.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən xəbərə görə, təbii ki, statistik rəqəmlərdə azalma müşahidə olunsa da, hadisələrin qarşının alınması istiqamətində davamlı olaraq nəzarət profilaktiki tədbirlər keçirilir.

"Xüsusilə də iyun ayının əvvəlindən bu günə kimi sürücülük hüququ və dövlət qeydiyyat nişanı olmayan, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya dəyişdirilmiş 79 motosiklet və moped aşkar edilərək mühafizə olunan duracaqlara yerləşdirilmiş və sürücülər barəsində qanunamüvafiq tədbirlər həyata keçirilib", - məlumatda bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 440

Oxşar yazılar