Bakıda bacısını boğaraq öldürən oğlana AĞIR CƏZA
28 iyul 2025 16:43 (UTC +04:00)

Bakıda bacısını boğaraq öldürən oğlana AĞIR CƏZA

Bakıda bacısını qəsdən öldürməkdə şübhəli bilinən Təbriz Qasımovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə hökm oxunub. Dövlət itthamçısı , təqsirləndirilən şəxsin 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Müşavirədən sonra hökm oxunub.Hökmə əsasən, Təbriz Qasımov 15 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə ötən il iyulun 1-də Binəqədi rayonunda baş verib. Binəqədi Rayon Prokurorluğundan verilən məlumata görə, 2004-cü il təvəllüdlü Təhminə Qasımovanın öldürülməsi ilə əlaqədar araşdırma başladılıb.

Araşdırmalara əsasən  1997-ci il təvəllüdlü Təbriz Qasımovun rayonun Rəsulzadə qəsəbəsi ərazisində şəxsi münasibətlər zəminində bacısı Təhminə Qasımovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə yekun ittiham elan olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 682

Oxşar yazılar