Bakıda faciəli hadisə baş verib.
Lent.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsində qeydə alınıb.
Bakı şəhər sakini Dünyamalıyev Roman Vladimiroviç yaşadığı çoxmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsindən düşərək ölüb.
Hadisənin hansı şəraitdə baş verməsi hələlik məlum deyil.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.