Bakıda kişi ağacdan yıxılaraq ölüb.
Lent.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini 71 yaşlı Yamil Yəhya oğlu Məmmədov iyunun 18-də ağacdan yıxılıb. Xəstəxanaya yerləşdirilən kişi iyunun 22-də orada ölüb.
Araşdırma aparılır.