Bakıda gənc oğlan evində ölü halda tapılıb.
Lent.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini 24 yaşlı Qəhrimanov Fəxri Fərhad oğlunun meyiti yaşadığı evdə aşkarlanıb. Onun hansı səbəblə öldüyü bilinmir.
Araşdırma aparılır.
Məlumata görə, Qəhrimanov Fəxri Fərhad oğlu İkinci Qarabağ müharibəsi iştirakçısıdır. O, "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunub.