Bakıda müştəri taksidən 120 min dollar   oğurladı - VİDEO
11 iyun 2026 15:19 (UTC +04:00)

Bakıda müştəri taksidən 120 min dollar oğurladı - VİDEO

0

İyunun 4-də Bakının Binəqədi rayonu ərazisində “BYD” markalı avtomobildə sərnişin qismində əyləşən bir nəfərin 120 min ABŞ dollarının oğurlanması barədə polisə məlumat daxil olub.

Lent.az xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən həmin avtomobilin sürücüsü Əfsan Məmmədov və onunla cinayətdə qabaqcadan əlbir olan tanışı Samir Bəylərli saxlanılıblar.

Araşdırmalarla müəyyən edilib ki, Ə.Məmmədov avtomobildə əyləşən əvvəldən tanıdığı şəxsin üzərində külli miqdarda pul vəsaiti olacağından xəbərdar olub və bu barədə S.Bəylərliyə məlumat verib.

Onlar aralarında razılaşaraq sərnişinin avtomobildən düşəcəyi vaxtı müəyyənləşdiriblər. Daha sonra nəqliyyat vasitəsinin guya nəzarətsiz qalması səbəbindən avtomobildən oğurluq edilməsi görüntüsü yaradaraq talama cinayətini həyata keçiriblər.

Faktla bağlı Binəqədi RPİ-də zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1026

Oxşar yazılar