Bakıda zavodda faciə yaşanıb.
Lent.az-ın məlumatına görə, hadisə Nərimanov rayonu ərazisindəki "Çinar" soyuducu zavodunun binasında qeydə alınıb.
36 yaşlı Ruslan Rahim oğlu Əliyev lifti təmir edərkən şaxtaya yıxılıb. Xəstəxanaya yerləşdirilən usta orada ölüb.
Araşdırma aparılır.