Bakıda zəncirvari qəza - 7 avtomobil toqquşdu
01 sentyabr 2025 01:52 (UTC +04:00)

Bakıda zəncirvari qəza - 7 avtomobil toqquşdu

Paytaxtın Ziya Bünyadov prospektində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisənin səbəbinin yola dağılan maşın yağının olması ehtimal edilir.

Hadisə zamanı 7 avtomobil toqquşub sürücülər və avtomobildə olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə ilə əlaqədar yolda ciddi tıxac yaranıb. Əraziyə dərhal polis və təcili yardım əməkdaşları cəlb olunub.

Faktla bağlı araşadırma aparılır. (APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 334

Oxşar yazılar