Bakıya narkotik satmağa gələn tutuldu - VİDEO
11 aprel 2026 12:13 (UTC +04:00)

Bakıya narkotik satmağa gələn tutuldu - VİDEO

0

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən xəbərə görə, tədbirlər zamanı əvvəllər məhkum olunmuş  34 yaşlı Ziya Heydərzadə saxlanılıb. Ondan ümumilikdə 17 kiloqram marixuana, heroin, tiryək və  metamfetamin aşkarlanıb.

Saxlanılan şəxs ifadəsində narkotikləri paytaxt ərazisində müxtəlif ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 220

Oxşar yazılar