Beyləqanda Yuxarı Qarabağ kanalında suda boğulan şəxsin meyiti tapılıb.
Hadisə ötən gün baş verib.
2007-ci il təvəllüdlü Beyləqan rayon sakini Rəvanə Hümayətəliyeva Yuxarı Qarabağ kanalında çimərkən suda boğulub.
Axtarış tədbirləri nəticəsində onun meyiti bu gün hadisənin baş verdiyi ərazidən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır./ APA
***
10:42
Qarabağ kanalında bir nəfər batıb.
Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qarabağ kanalının Beyləqan rayonu, İkinci Aşıqlı kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.