Beynəlxalq axtarışda olan Türkiyə və Tacikistan vətəndaşları Azərbaycanda TUTULDU
28 iyul 2025 12:50 (UTC +04:00)

Beynəlxalq axtarışda olan Türkiyə və Tacikistan vətəndaşları Azərbaycanda TUTULDU

Azərbaycanda tutulan Türkiyə vətəndaşı 1994-cü il təvəllüdlü Kazan Anıl İbrahim ölkəsinə təhvil verilib.

Lent.az xəbər verir ki, onun təhvil verilməsinə dair Türkiyənin səlahiyyətli orqanlarının vəsatəti baxılması üçün Baş Prokurorluq tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Türkiyədə quldurluq cinayət əməlini törətməkdə təqsirli bilinərək beynəlxalq axtarışa verilmiş Kazan Anıl İbrahim ​ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

“Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasına uyğun olaraq Kazan Anılın barəsində qərar qəbul edilərək, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Türkiyə səlahiyyətli orqanlarına təhvil verilib.

Bundan başqa, Tacikistanda ekstremist fəaliyyətlə məşğul olan qadağan edilmiş təşkilatın fəaliyyətində iştirak etməkdə təqsirləndirilərək, dövlətlərarası axtarışa verilmiş 1999-cu il təvəllüdlü Tacikistan Respublikasının vətəndaşı Mirzoyev Saddam Romişoviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti də təmin edilib. S.R.Mirzoyev cari ilin mart ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib. Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Tacikistanın səlahiyyətli orqanına təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 454

Oxşar yazılar