Bu gün Culfa şəhərində baş verən yanğın zamanı xəsarət alan 2023-cü il təvəllüdlü Zeynalov Emil Cəfər oğlu ölüb.
Aazyaşlının anası 2004-cü il təvəllüdlü Zeynalova Fidan Dünyamin qızının müalicəsi davam etdirilir.
***
saat 14:19
Culfa şəhərində baş verən yanğın zamanı ana və oğlu xəsarət alıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, yanğın nəticəsində xəsarət alan ana 22 yaşlı Zeynalova Fidan Dünyamin qızı və onun övladı 3 yaşlı Zeynalov Emil Cəfər oğlu əvvəlcə Culfa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Daha sonra onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Vəziyyətlərinin ağır olduğu bildirilir.
Qeyd edək ki, hadisə şəhərdəki beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində qeydə alınıb. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
