Kamran Əliyev
20 aprel 2022 15:49 (UTC +04:00)

Kamran Əliyev

Dörd rayona yeni prokuror TƏYİN OLUNDU

Daşkəsən, Xocalı, Şəmkir və Tovuz rayonlarına yeni prokurorlar təyin edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a bildirilib ki, bu barədə Baş Prokuror Kamran Əliyev əmrlər imzalayıb.

Əmrlərə əsasən, Xocalı rayon prokuroru Şahin İmanov tutduğu vəzifədən azad olunaraq Daşkəsənə prokuror təyin edilib.

Daşkəsən rayon prokuroru Maarif Hüseynov isə tutduğu vəzidən azad olunaraq Tovuz rayon prokuroru təyin edilib.

Digər əmrlə Korrupsiya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mhüm işlər üzrə böyük müstəntiqi Əvəz Əliyev Xocalı rayon prokuroru təyin edilib.

Azər Hətəmov isə iki səlahiyyət müddətinə Şəmkir rayonuna yeni prokuror təyin edilib.

# 5349
avatar

Mehman Nəbiyev

Oxşar yazılar