Fransaya getmək istəyən əcnəbi   Bakıda HƏBS EDİLDİ
19 iyun 2026 15:21 (UTC +04:00)

Fransaya getmək istəyən əcnəbi Bakıda HƏBS EDİLDİ

0

Bakı hava limanında əcnəbi vətəndaş saxlanılıb.

Lent.az-ın xəbərinə görə, buna səbəb onun sərhəd nəzarəti məntəqəsinə saxta sənəd təqdim etməsidir.

İttiham aktına görə, Banqladeş Xalq Respublikasının vətəndaşı olan 25 yaşlı Ho Al Avropa ölkələrində işləmək məqsədilə əvvəlcə Şri-Lankaya gedib. Burada o, özünü turizm işçisi kimi təqdim edən Ariflə tanış olub və Avropaya getmək üçün ona 5 min dollar pul verib. Arif də Ho Alın fotosu və məlumatlarından istifadə edərək, saxta Şri-Lanka pasportu hazırladıb. O, bu üsullar Şri-Lankanın paytaxtı

Kolombodan Dubaya, oradan da Bakıya gəlib. O, Fransaya getməyi planlaşdırıb və Arifdən aldığı pasportu sərhəd nəzarəti məntəqəsinə təqdim edib.

Bu zaman sərhədçilər sənədin saxta olduğunu müəyyən edərək, onu saxlayıblar.

Nəticədə Ho Al barəsində cinayət işi başlanıb. O, ifadəsində əməlindən peşman olduğunu deyib və öz ölkəsinə ekstradisiya olunması üçün kömək istəyib.

Məhkəmənin qərarı ilə Banqladeş vətəndaşı 7 ay müddətinə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 542

Oxşar yazılar