Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hərəkətdə olan VAZ və Chevrolet markalı minik avtomobillərinin toqquşması nəticəsində 1970-ci il təvəllüdlü Ç. Qasımov və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar xəstəxanaya çatdırılıb. Onlara tibbi yardım göstərilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.