Gəncədə "NİVA" qaçırıldı
28 yanvar 2023 17:06 (UTC +04:00)

Gəncədə "NİVA" qaçırıldı

Gəncədə avtomobil qaçıran saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, yanvarın 25-də Gəncə şəhər sakini E.Əliyevə məxsus “Lada-21214” markalı avtomobil qaçırılıb.

Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Fətullayev avtomobillə birgə saxlanılıb.

Araşdırma aparılır.

# 1446
avatar

Oxşar yazılar