Göldə boğulan  gəncin meyiti tapıldı
24 iyun 2022 12:42 (UTC +04:00)

Göldə boğulan gəncin meyiti tapıldı

Qusarda gənc oğlan süni göldə boğulub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qusar rayonunun Köhnə Xudat kəndi ərazisində, süni göldə 20 yaşlı Səlimov Amid Mübariz oğlunun batması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən A.Səlimovun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

# 3318
avatar

Mehman Nəbiyev

Oxşar yazılar