Goranboyda mənzilin tavanı çökdü, xəsarət alan var
23 noyabr 2025 08:16 (UTC +04:00)

Goranboyda mənzilin tavanı çökdü, xəsarət alan var

0

Goranboyda yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin tavanı çöküb.

Lent.az xəbər verir ki, hadisə Goranboy şəhərinin Cəfər Cabbarlı küçəsində yerləşən 5 mərtəbəli yaşayış binasında qeydə alınıb.

Sözügedən binanın birinci mərtəbəsində yerləşən mənzilin tavanının anidən çökdüyü bildirilir.

Goranboy rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının  sədri Seymur Nazarov bildirib ki, yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin tavanının çökməsi nəticəsində 2 nəfər yüngül xəsarət alıb.

Onun sözlərinə görə hazırda əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb edilib. O həmçinin bina sakinlərinin təxliyə edildiyini deyib.

Hazırda ərazidə  təhlükəsizlik tədbirləri görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 166

Oxşar yazılar