"Qorxulu addım" : alimlər Günəşi “söndürmək” istəyirlər
23 noyabr 2025 04:49 (UTC +04:00)

"Qorxulu addım": alimlər Günəşi “söndürmək” istəyirlər

0

İsraildə yerləşən “Stardust” adlı startap Yer kürəsində temperaturu azaltmaq üçün Günəşin parlaqlığını süni şəkildə zəiflətməyi planlaşdırır.

Lent.az xəbər verir ki, bu barədə “New Yorker” məlumat verib.

Şirkət bu məqsədlə vulkan püskürməsini təqlid edən üsuldan istifadə etmək istəyir. Bu zaman xüsusi hissəciklər buludların üzərinə səpələnəcək və Günəş şüalarını kosmosa geri əks etdirərək səthdəki istiliyi azaldacaq.

Bu prosesə “günəş işığının əks etdirilməsi texnologiyası” və ya günəş geo-mühəndisliyi deyilir.

Alimlər bunu mümkün iqlim dəyişikliyi həlli kimi görsələr də, bir çoxları bu addımı qorxulu hesab edir.

“Stardust” hissəciklərin tərkibini açıqlamır, yalnız onların insanlar və ekosistem üçün təhlükəsiz olduğunu bildirir.

Şirkət texnologiyanı özü tətbiq etməyəcək, yalnız hökumətlərə alət və məlumat təqdim edəcəyini deyir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 122

Oxşar yazılar