Göygöldə 2 nəfər göldə batdı  - YENİLƏNİB
11 iyun 2026 17:47 (UTC +04:00)

Göygöldə 2 nəfər göldə batdı - YENİLƏNİB

0

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Göygöl rayonu, Bəhranbağ qəsəbəsi ərazisində azyaşlıların süni göldə batması barədə məlumat daxil olub.

FHN-dən Lent.az-a verilən məlumata görə, dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub.

Dalğıclar tərəfindən 2017-ci il təvəllüdlü Həsənov Ramil Rövşən oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Göldə batan digər azyaşlı, 2016-cı il təvəllüdlü Nəsibov Yusif Sərxan oğlunun da meyiti tapılıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

***

saat 16:23

Göygöl rayonunda 2 nəfər göldə batıb.

Lent.az-ın məlumatına görə, 2 nəfərin göldə çimən zaman batdığı bildirilir.

Hadisə yerinə FHN-in xilasediciləri cəlb edilib.

Hazırda axtarışlar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 568

Oxşar yazılar