Həbsxana mühafizəçisi   arvadını və qızını öldürüb intihar etdi
29 iyul 2025 19:33 (UTC +04:00)

Həbsxana mühafizəçisi arvadını və qızını öldürüb intihar etdi

Adananın Çukurova rayonunda ata intihar etməzdən əvvəl ailə münaqişəsi zamanı arvadını və qızını tapança ilə öldürüb. Digər uşaq Eda Verimli isə həmin vaxt evdə olub və atəş səslərini eşidəndən sonra evdən qaçıb. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Çukurova rayonunun Toros məhəlləsindəki mənzildə həbsxana mühafizəçisi Eyüp Verimli hələ məlum olmayan səbəbdən arvadı Merve və qızı Elif Verimlini güllələyib. 

Çukurova'da Aile İçi Cinayet ve İntihar: İnfaz Koruma Memuru Eşi ve Kızını Öldürdü

Bu vaxt cütlüyün digər qızı silah səslərini eşidib və evdən qaçaraq qonşusuna sığınıb. Silah səslərini eşidən sakinlər 112 Təcili Yardım Mərkəzinə zəng ediblər. Hadisə yerinə çoxlu sayda polis və tibb işçiləri göndərilib. Polisin evin qapısına gəldiyini fərq edən Eyüp Verimli daha sonra təslim olmamaq qərarına gələrək eyni silahla özünü vurub. 

Ərinin qətlə yetirdiyi Merve Verimlinin sosial şəbəkələrdə "Qızlarım var, mənə heç nə olmayacaq" və "Məni təsadüfən gördün, mən səni səhvən sevdim" sözləri ilə bağlı sosial şəbəkələrdəki paylaşımları ürək ağrıdıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1112

Oxşar yazılar