İsmayıllı rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Lent.az xəbər verir ki, hadisə rayonun Lahıc qəsəbəsində qeydə alınıb.
Sumqayıt şəhər sakini, 1970-ci il təvəllüdlü Əfəndiyev Əyyub İslam oğlu iş görən zaman traktorun qoşqusunun altında qalıb.
İlkin məlumata görə, onun ayağı qoşquya ilişib və nəticədə traktorun altında qalaraq hadisə yerində həyatını itirib.