Xaçmaz rayonunda müşahidə olunan güclü külək fəsad törədib.
Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, şəhərin Nəriman Nərimanov küçəsində ticarət obyektinin dam örtüyü avtomobillərin üzərinə düşüb.
Nəticədə 3 nəqliyyat vasitəsinə ziyan dəyib.
Hazırda dam örtüyünün yolun hərəkət hissəsindən götürülməsi istiqamətində işlər görülür.