Leysan Dəmirçi–Lahıc yolunda  sürüşməyə səbəb oldu, yol bağlandı
31 mart 2026 23:26 (UTC +04:00)

Leysan Dəmirçi–Lahıc yolunda sürüşməyə səbəb oldu, yol bağlandı

0

Son günlər aramsız yağan leysan yağışlar bölgələrdə fəsadlar törədib.

Lent.az APA-ya istinadən xəbər verir ki, güclü yağışlar nəticəsində Dəmirçi–Lahıc avtomobil yolunun əsas zolağında torpaq sürüşməsi baş verib və hazırda yol avtomobillərin hərəkəti üçün bağlanıb. Əraziyə xəbərdarlıq nişanları və xüsusi lentlər çəkilib.

AAYDA-nın 9 saylı Yol İstismarı İdarəsinin baş mühəndisi Fazil Qasımov bildirib ki, ərazidə vəziyyət nəzarətdə saxlanılır, lakin aktiv sürüşmə səbəbindən hələlik bərpa işləri aparmaq mümkün deyil.

Onun sözlərinə görə, sürücü və sərnişinlərin təhlükəsizliyi nəzərə alınaraq yol qəzalı əraziyə çatmadan bağlanıb və alternativ marşrutlardan istifadə tövsiyə olunur. Qeyd olunub ki, yol sürüşmə zonasında yerləşdiyindən bəzi hissələrdə asfalt örtükdə çatlar və dağılmalar müşahidə edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 236

Oxşar yazılar