Sumqayıt şəhəri ərazisində gecə saatlarında naməlum şəxs iki mağazadan oğurluq edib.
DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, o, əməlini ört-basdır etmək üçün mağazaların birindən kamera görüntülərini də oğurlayıb.
Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 32 yaşlı A.Xəlilov saxlanılıb.
Araşdırma aparılır.