Xəbərə Masallıda baş verən faciədə ölən baba və nəvənin fotosu əlavə edilib
***
Masallıda evdə yanğın olub.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Masallı rayonunun Qızılağac kəndində fərdi yaşayış evində baş verib.
Yanğın zamanı evdə olan azyaşlı 2 yaşlı Məhərrəm Məmmədzadə və onun babası, 59 yaşlı Camaləddin Abdullayev ölüb.
Faktla bağlı araşdırma aparılır.