Maşında ayaqlarını pəncərədən çıxardı, cərimələndi  - VİDEO
30 iyul 2025 12:15 (UTC +04:00)

Maşında ayaqlarını pəncərədən çıxardı, cərimələndi - VİDEO

“Mercedes” markalı nəqliyyat vasitəsində sərnişinin hərəkət zamanı ayaqlarını avtomobilin pəncərəsindən çölə çıxarmasına dair yayılan videogörüntülər araşdırılıb.

Bu barədə Lent.az-a Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Qeyd olunub ki, araşdırmalarla nəqliyyat vasitəsinin sürücüsü Anar Sadıxzadə və sərnişini Fərid Mikayılov müəyyən olunaraq dəvət olunublar. Onlarla profilaktik söhbətlər aparılıb və qayda pozuntusuna görə barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

"Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır ki, bu kimi məsuliyyətsiz davranışlar nəinki avtomobildə olan şəxslərin, eyni zamanda digər hərəkət iştirakçılarının da həyat və sağlamlığı üçün təhlükə yaradır. Qanunvericiliyin tələblərinə yalnız sürücülər deyil, sərnişinlər də əməl etməli, hər bir yol hərəkəti iştirakçısı şəxsi təhlükəsizliyinə biganə yanaşmamalıdır. Yolda şou yox, məsuliyyət olmalıdır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 940

Oxşar yazılar

Şəki dağlarında yanğın başladı - VİDEO

Şəki dağlarında yanğın başladı - VİDEO

31 iyul 2025 , 00:00
Bakıda avtomobil  skuter sürən azyaşlı qızı  vurub öldürdü

Bakıda avtomobil skuter sürən azyaşlı qızı vurub öldürdü

30 iyul 2025 , 22:28
Samuxda 35 yaşlı qadını  ilan sancdı

Samuxda 35 yaşlı qadını ilan sancdı

30 iyul 2025 , 21:53
Gürcüstanda saxlanılan  Elnur Süleymanov Azərbaycana gətirildi

Gürcüstanda saxlanılan Elnur Süleymanov Azərbaycana gətirildi

30 iyul 2025 , 19:44
Qubada evdən meyit tapıldı

Qubada evdən meyit tapıldı

30 iyul 2025 , 19:33
Maşın vuran piyada 1 həftə sonra öldü

Maşın vuran piyada 1 həftə sonra öldü

30 iyul 2025 , 19:04
“Şlyapa Zahid”ə hökm oxundu

“Şlyapa Zahid”ə hökm oxundu

30 iyul 2025 , 18:35
"Sədərək" ticarət mərkəzində yanğın

"Sədərək" ticarət mərkəzində yanğın

30 iyul 2025 , 18:22