Məktəbli qız İNTİHAR ETDİ: Anası  it almadığına   görə
27 mart 2023 19:10 (UTC +04:00)

Məktəbli qız İNTİHAR ETDİ: Anası it almadığına görə

Moskva yaxınlığındakı Lobnyada 11 yaşlı qız anası it almaqdan imtina etdikdən sonra intihar edib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, ölümündən bir neçə dəqiqə əvvəl 5-ci sinif şagirdi ev heyvanına sahib olmaq istəmədikləri üçün valideynləri ilə mübahisə edib. Bundan sonra ana qızı sakitləşdirib və onlar birlikdə mağazaya getməyə razılaşıblar.

Qadın hazırlaşarkən qız onu dördüncü mərtəbənin girişində gözləmək qərarına gəlib. Bir neçə dəqiqədən sonra ana çölə çıxanda uşaq artıq ölmüş olub. Qız giriş qapısının üstündə tapılıb.

Qızın valideynləri uşağın intihar etmək fikrində olmadığını iddia edirlər.
 

# 1926
avatar

Oxşar yazılar