Murad Quliyevlə bağlı cinayət işinin istintaqı başa çatdı
03 dekabr 2025 18:26 (UTC +04:00)

Murad Quliyevlə bağlı cinayət işinin istintaqı başa çatdı

0

Murad Quliyev barəsində başlanılmış cinayət işi üzrə istintaq başa çatıb.

Lent.az xəbər verir ki, bununla bağlı Baş Prokurorluğun rəsmi müraciəti İctimai Televiziyada yayılıb.

Məlumata görə, o, noyabrın 24-də Baş Prokurorluğa çağırılsa da, gəlməyib və barəsində qiyabi icraat başlanılıb. Binəqədi Rayon Məhkəməsinin noyabrın 27-dəki qərarı ilə barəsində qiyabi icraat açılıb və vəkil ilə təmin olunub.

Onun barəsində istintaq bu gün tamamlanıb. Murad Quliyevə və müdafiəçilərinə dekabrın 10-dan etibarən cinayət işi ilə tanış olmaq üçün vaxt məhdudiyyəti qoyulmadan Baş Prokurorluğun İstintaq İdarəsində şərait yaradılacağı bildirilib.

Ona xəbərdarlıq edilib ki, istintaqa gəlməzsə, cinayət işi qiyabi icraatda məhkəməyə göndərilə və barəsində qiyabi hökm çıxarıla bilər.

Qeyd edək ki, Quliyev Murad Qüdrət oğlu barəsində Cinayət Məcəlləsinin 281.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. O, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub. Binəqədi Rayon Məhkəməsinin bu il fevralın 15-dəki qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

Sentyabrın 12-də ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək Murad Quliyev barəsində Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.

Qeyd olunub ki, o, 2019-cu il sentyabrın 23-də “Facebook” platformasında “Murad Quliyev” adlı səhifəsində və 2023-cü il dekabrın 24-də “Youtube” platforasında “RaffNaff” adlı kanalda qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqi çıxmağı təşviq edən açıq çağırışlar yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 326

Oxşar yazılar