Oğuzda 15 ədəd vələs ağacını  kəsən saxlanıldı
28 mart 2026 15:57 (UTC +04:00)

Oğuzda 15 ədəd vələs ağacını kəsən saxlanıldı

0

Oğuz rayonunun Filfilli kəndi ərazisində 15 ədəd vələs ağacının kəsilməsi və təbiətə 6 min manata yaxın maddi ziyan vurulması ilə bağlı istintaq araşdırmaları aparılır. 

DİN mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən xəbərə görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən Xaçmaz kənd sakini, 21 yaşlı Nicat Süleymanov saxlanılıb. 

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 210

Oxşar yazılar