On min manatlıq cehizlik oğurlayan  saxlanıldı
07 fevral 2026 20:09 (UTC +04:00)

On min manatlıq cehizlik oğurlayan saxlanıldı

0

Səbail rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, zərərçəkən polisə müraciət edərək övladı üçün cehiz məqsədilə aldığı, ümumi dəyəri 10 min manat olan məişət əşyalarının hissə-hissə oğurlandığını bildirib.

Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən 33 yaşlı Ağabala Əhmədov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 240

Oxşar yazılar