Paltarın zəncirbəndi qızın gözünə ilişdi - Bakıda HƏSSAS GÖRÜNTÜLƏR
18 iyun 2026 19:31 (UTC +04:00)

Paltarın zəncirbəndi qızın gözünə ilişdi - Bakıda HƏSSAS GÖRÜNTÜLƏR

0

Bakıda paltarın zəncirbəndi qızın gözünə ilişib.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

“112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 23 yaşlı vətəndaşın göz qapağının geyiminin zəncirbəndinə ilişməsi nəticəsində təhlükəli vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər tərəfindən təhlükəsizlik qaydalarına riayət edilməklə vətəndaşa müvafiq köməklik göstərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 264

Oxşar yazılar