Peterburq bazarında 500 miqranta  qarşı REYD - VİDEO
28 mart 2026 14:17 (UTC +04:00)

Peterburq bazarında 500 miqranta qarşı REYD - VİDEO

0

Rusiyanın Sankt-Peterburq şəhər polisi iki iri obyektdə keçirilən reyd zamanı “onlarla qanunsuz miqrant və hərbi xidmətdən yayınan şəxsləri” aşkar edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, Sofiya küçəsində yerləşən tərəvəz bazası və Moskva şosesindəki böyük bir ticarət şirkətinin paylama mərkəzi yoxlanılıb. Reyddə Federal Təhlükəsizlik Xidmətinin, Rosqvardiyanın əməkdaşları və hərbi müstəntiqlər iştirak ediblər.

Yoxlama üçün qəsdən əmək prosesində yaxın xarici ölkələrdən gələn şəxslərin fəal iştirak etdiyi obyektlər seçilib.

Reyd 700-dən çox şəxsi, o cümlədən təxminən 500 xarici vətəndaşı əhatə edib. Onların arasında təxminən 30 qanunsuz miqrant müəyyən edilib. Onlar polisə aparılıb və miqrasiya qanunvericiliyinin pozulmasına görə protokollar tərtib olunub.

Bundan əlavə, hərbi vəzifəni yerinə yetirməkdən yayınan 60-dan çox naturalizasiya olunmuş vətəndaş da aşkarlanıb.

“Bu məsələnin həllini gecikdirməmək üçün yayınan şəxslər hərbi komissarlıqların nümayəndələrinə təhvil verilib”, — deyə Sankt-Peterburq polisi bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 280

Oxşar yazılar