Polis uşaqlarını 4 il meşədə gizlədən kişini  güllələdi
09 sentyabr 2025 19:29 (UTC +04:00)

Polis uşaqlarını 4 il meşədə gizlədən kişini güllələdi

1

Yeni Zelandiyada polis üç uşağı ilə təxminən dörd ildir hakimiyyətdən qaçan 38 yaşlı Tom Fillipsi güllələyib. 

Lent.az “Associated Press”ə istinadla xəbər verir ki, insident onun Piopio şəhərində ferma ləvazimatları mağazasını qarət edib çağırışa cavab verən hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açdıqdan sonra baş verib.

ניו זילנד טום פיליפס ילדים חטיפה

Qeyd olunur ki, 2021-ci ilin dekabrında Fillips hazırda 9, 10 və 11 yaşlı üç uşaqla birlikdə yoxa çıxıb. Bütün bu müddət ərzində hüquq-mühafizə orqanlarının əməkdaşları onları axtarsalar da, axtarışlar nəticə verməyib.

Sentyabrın 8-də səhər saatlarında polisə təsərrüfat ləvazimatları mağazasından oğurluq edilməsi barədə zəng daxil olub. Hüquq-mühafizə orqanları hadisə yerinə gələndə Fillips onlara tüfənglə atəş açıb, zabitlərdən birini ağır yaralayıb. Kişinin uşaqlarından biri də yanında olub.

 ניו זילנד 3 הילדים של טום פיליפס שאיתם נמלט ליער

Yeni Zelandiya polisinin komissar müavini vəzifəsini icra edən Cill Rocers jurnalistlərə bildirib ki, Fillipsin daha iki övladı atışmadan bir neçə saat sonra tapılıb. Onlar sıx meşədəki ucqar düşərgədə müşayiətsiz tapılıb.

Uşaqların anası uşaqları üçün dəhşətlərin sona çatmasından "dərin rahatladığını" söyləyib.

"Dörd ilə yaxındır ki, biz hər gün onlar üçün darıxırdıq və onları sevgi və qayğı ilə evlərində qarşılamağı səbirsizliklə gözləyirik", - qadın deyib.

Jurnalistlər qeyd ediblər ki, Fillipsin qaçmasına səbəb övladlarının qəyyumluğu ilə bağlı mübahisə olub. Üstəlik, 2021-ci ilin sentyabrında kişi artıq üç həftə uşaqları ilə birlikdə qaçıbmış.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 490

Oxşar yazılar