Polis Zaqatalada yanğınlar törədənin FOTOSUNU  yaydı
03 yanvar 2022 11:11 (UTC +04:00)

Polis Zaqatalada yanğınlar törədənin FOTOSUNU yaydı

Yeni il gecəsi Zaqatalada yanğınlar törədən tutulub.

DİN-dən Lent.az-a verilən məlumata görə, yanvarın 1-də gecə saat 2-dən 4-dək olan müddətdə Zaqatala rayonunun Mosul kəndində kənd sakinləri İ.Süleymanova, Q.Məmmədova və R.Məmmədova məxsus yardımçı təsərrüfatlarda yanğınlar olub.

Nəticədə həmin yardımçı təsərrüfatların konstruksiyaları yanıb, xəsarət alan olmayıb. 

Məlumatlarla əlaqədar Zaqatala Rayon Polis Şöbəsində dərhal müvafiq araşdırmalara başlanılıb və yanğınların kənd sakini Əhliman Gülməmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.  

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən Ə.Gülməmmədov saxlanılıb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır

# 18606
avatar

Aytəkin Cəlali

Oxşar yazılar