Bakıda kişi qadınları evlənmək adı ilə  aldadıb pullarını aldı: biri evlidir və məmur qızıdır
14 avqust 2025 16:54 (UTC +04:00)

Bakıda kişi qadınları evlənmək adı ilə aldadıb pullarını aldı: biri evlidir və məmur qızıdır

Bakıda kişi 4 qadına qarşı dələduzluq edib. Onlardan üçünü evlənmək adı ilə aldadıb.

Lent.az-ın məlumatına görə, Xəyyam Ələkbərov (soyad şərti) özgənin əmlakını ələ keçirmək məqsədilə L. Kazımova ilə tanış olaraq, münasibət qurub. O, qadını ailə qurmaq adı ilə aldadaraq, özünü problemlərini həll etmək üçün Kazımovaya məxsus “Hyundai Genesis” markalı avtomobili lombarda qoyub və 6 min manat pul götürüb. Bunun əvəzində isə özünə məxsus olan BMW markalı avtomobili onun adına keçirəcəyini deyib. Lakin həmin avtomobilin cərimələrini ödəmək adı ilə yenə qadının 1700 manatlıq “iPhone” markalı telefonunu ələ keçirib.

Digər epizodda isə Xəyyam Aliyə adlı qadına özünü çox zəngin biri kimi təqdim edərək, onunla münasibət qurub. Onu da ailə qurmaq adı ilə aldadaraq külli miqdarda pulunu mənimsəyib. Bu məqsədlə Xəyyam qadına məxsus “Lexus LX-570” markalı avtomobili satıb üzərinə özü pul qoyaraq “Porshce Cayenne” markalı avtomobil alacağını deyib. Beləliklə onun 68 min manat dəyərində olan həmin avtomobilini ələ keçirib. Sonra isə yeni alacağı “Porshce Cayenne” markalı avtomobili nömrə almaq və texniki işlərini həll etmək üçün yenidən Aliyədən 17 min manat pul alıb.

Qeyd olunur ki, Aliyənin atası yüksək rütbəli məmurdur. Sonradan Aliyənin evli və 2 uşağının olması Xəyyama məlum olub.

Həmçinin Xəyyam restoranda Leyla adlı qadınla tanış olur və onunla həmin gündən ər-arvad münasibətlərinə başlayır. Onunla münasibəti zamanı Xəyyam “Mercedes-Benz G-630” markalı avtomobil idarə edib. Leyla həmin maşından xoşu gəldiyini və belə maşın almaq istədiyini deyib. Xəyyam ona kömək edəcəyini bildirib və bu məqsədlə qadından ümumilikdə 45 min 900 manat pul alıb. Lakin həmin pulu alacağı avtomobilin sahibinə çatdırmayıb.

Sonuncu epizodda da Xəyyam Leyla adlı zərərçəkəni özünün və ailəsinin çox zəngin olduqlarını deyərək ailə qurmaq adı ilə aldadıb. Bu məqsədlə qadına Yasamaldakı MİDA yaşayış kompleksindən 2 otaqlı ev təşkil edəcəyini vəd verib. Bunun üçün Leyladan 7000 manat pul alıb. Daha sonra guya gömrükdə qalan mallarını ölkəyə keçirmək üçün yenidən Leylanın 13 min manat pulunu ələ keçirib. Əvəzində isə həmin malları şirkətlərə satdıqdan sonra gəlirdən ona da verəcəyini deyib. Həmçinin müxtəlif vaxtlarda qadından göstərilməyən səbəblərlə 1700 və 2000 manat da pul alıb.

Bununla da təqsirləndirilən şəxs zərərçəkənlərə ümumilikdə 162 min 300 manat ziyan vurub.

Zərərçəkənlərin hüquq-mühafizə orqanlarına şikayətləri əsasında Xəyyam Ələkbərov saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda törədildikdə) maddəsilə yekun ittiham elan olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Xəyyam Ələkbərov 8 il müddətinə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 736

Oxşar yazılar