Tanınmı yazıçı və jurnalist Vüqar Tapdıqlı vəfat edib.
Lent.az xəbər verir ki, bu barədə onun oğlu sosial şəbəkədə məlumat yayıb.
Qeyd olunub ki, yazıçı bu gün səhər saatlarında 63 yaşında dünyasını dəyişib. Mərhum Yeni Masazır Qəbirsanlığında dəfn olunacaq.
Vüqar Tapdıqlı 1962-ci ilin 10 iyulunda Gədəbəydə anadan olub. 1985-2009-cu illərdə Azərbaycan televiziyasında çalışıb, uzun müddət “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin rəhbəri, Azərbaycan Dövlət Foto-Kino Sənədləri Arxivinin direktoru olub. 4 hekayələr kitabının müəllifidir.