Ananaslı pizza və pendirli makaron: RESEPTLƏR  - UNESCO  bəyənib
14 avqust 2025 11:18 (UTC +04:00)

Ananaslı pizza və pendirli makaron: RESEPTLƏR - UNESCO bəyənib

Səhər yeməyində makaron, ananaslı pizza və gündə üç dəfə makaron yemək, italyan mətbəxi haqqında bu təsəvvürlər yerli sakinləri bəzən güldürür, bəzən isə əsəbiləşdirir.

Lent.az bununla bağlı məlumatları təqdim edir:

Roma və Vatikan üzrə bələdçi Oleh Andruşkiv RBK-Ukrayna-ya müsahibəsində Roma qastronomiyasının əsl ruhunu açan yeməklərdən, turistlərin yol verdiyi səhvlərdən və italyan süfrəsinin dəyişməz qaydalarından danışıb.

İtalyanlar əslində necə yeyirlər?
Andruşkivin sözlərinə görə, turist menyularından kənarda əsrlərin ruhunu qoruyub saxlamış autentik yeməklər tapmaq mümkündür. O, qədim və sadə yeməklərdən biri olan koratella-nı misal çəkib – bu, çox vaxt enginarla birlikdə hazırlanan quzu içalatından ibarət yeməkdir. Romanın yəhudi məhəlləsində hələ də onu qədim reseptlərlə bişirirlər. Bələdçinin sevimliləri arasında həm də qoyun südündən hazırlanmış pecorino romano pendiri var. Onu Castelli Romani bölgəsinin qırmızı şərabı ilə birləşdirməyi məsləhət görür:

İtalyan mətbəxi haqqında miflər və stereotiplər
Bələdçiyə görə, ən çox yayılan mif italyanların gündə üç dəfə makaron yeməsidir.

“Pasta tərəvəz, zülal və zeytun yağı ilə birlikdə tamhüquqlu bir yeməkdir. Onun tərkibində karbohidratlar, zülallar və sağlam yağların düzgün nisbəti var". O vurğulayır ki, Aralıq dənizi pəhrizi hansı ki, italyan mətbəxi də onun bir hissəsidir ÜST və UNESCO tərəfindən dünyanın ən sağlam qidalanma modellərindən biri kimi tanınıb.

İtalyanların ananaslı pizzaya münasibəti
İtalyanlar orijinal reseptlərə çox həssas yanaşır və “cəsarətli” improvizasiyaları qəbul etmirlər.

Ananaslı pizza artıq milli bir zarafatdır. Turist bölgələrində onu tapmaq olar.

O əlavə edir ki, əsl italyan mətbəxi sadədir, amma inqrediyentlərin keyfiyyətinə qarşı çox tələbkardır:

Mozzarella mütləq Kampaniyadan olan camış südündən olmalıdır. Zeytun yağı yalnız extra vergine olmalıdır. Pomidorlar günəşdə yetişmiş, təzə olmalıdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 284

Oxşar yazılar