Rusiyanın Leninqrad vilayətində, Sosnovıy Bor şəhərində saxta spirtli içki qəbul edən sonra üç kişi ölüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, istintaqın məlumatına görə, müayinə zamanı həmin içkilərin “antifriz” (donmayan maye) olduğu üzə çıxıb. Qeyd olunur ki, antifiriz istehsalçıları sırasından olan bir şəxs bu məhsulun hazırlanmasına və sonradan tanınmayan ticarət obyektlərinə göndərilməsinə yol verib.
Avqustun 13-də donmayan maye qəbulundan sonra yaranmış toksiki zəhərlənmə nəticəsində 3 kişi dünyasını dəyişib. Bir qadın isə reanimasiyaya yerləşdirilib.
Hadisə faktı üzrə cinayət əlamətləri ilə bağlı cinayət işi başlanıb. Baş verənlərin bütün halları, eləcə də hadisəyə səbəb olan amillərin müəyyən edilməsi üçün kompleks istintaq hərəkətləri aparılır.