Qarabağda döyüşən livanlı muzdlunun həbsxanada aclıq aksiyası keçirməsi  yalandır
02 sentyabr 2025 19:55 (UTC +04:00)

Qarabağda döyüşən livanlı muzdlunun həbsxanada aclıq aksiyası keçirməsi yalandır

1

Ermənistan mətbuatında 2021-ci ildə Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən 20 il müddətinə azadlıqdan məhrum edilən, Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın həbsxanada aclıq aksiyası keçirməsinə dair iddialar yayılıb.

Lent.az xəbər verir ki, hazırda Azərbaycanda həbs həyatı yaşayan muzdlu terrorçunun aclıq aksiyası keçirməsi ilə bağlı yayılan xəbər həqiqətə uyğun deyil.

O, gündəlik həbxsana rejiminə uyğun olaraq cəzasını çəkir.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Viken Eulcekcian Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 114.3-cü (Muzdluluq), 214.2.1-ci və 214.2.3-cü (Terrorçuluq), 228.2.1-ci (Qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə), 279.1-ci (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 492

Oxşar yazılar