Qazaxda AĞIR QƏZA:  3 nəfər öldü -FOTO  -YENİLƏNİB
24 avqust 2026 09:40 (UTC +04:00)

Qazaxda AĞIR QƏZA: 3 nəfər öldü -FOTO -YENİLƏNİB

0

Qazaxda üç nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə avqustun 23-də saat 09:52 radələrində Xanlıqlar–Cəfərli avtomobil yolunun Xanlıqlar kəndindən keçən hissəsində qeydə alınıb.

29 yaşlı Şadət Məhəmməd oğlu Mustafayevin idarə etdiyi “Mercedes” markalı avtomobil qarşı istiqamətdə hərəkətdə olan 58 yaşlı Məqsəd Oruc oğlu İbrahimovun idarə etdiyi “Opel” markalı avtomobillə toqquşub.

Nəticədə Məqsəd İbrahimov və avtomobildə sərnişin olan 71 yaşlı Fəxrəddin Mustafa oğlu Mustafayev hadisə yerində ölüblər. Digər sərnişin, 68 yaşlı Sakibə Camal qızı Mustafayeva isə Qazax Rayon Mərkəzi Xəstəxanasında həyatını itirib.

“Mercedes”in sürücüsü Şadət Mustafayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

 

 

***

23 avqust 11:38

 

Qazaxda ağır qəzada “Opel” markalı minik avtomobilinin sürücüsü 1968-ci il təvəllüdlü M.İbrahimov, onun sərnişinləri - 1958-ci il təvəllüdlü S.Mustafayeva və 1953-ci il təvəllüdlü F.Mustafayev ölüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində “Mercedes” markalı minik avtomobilinin sürücüsü 1997-ci il Ş.Mustafayev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

***

saat 11.12

Qazaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza nəticəsində 3 nəfər ölüb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1338

Oxşar yazılar