Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadla bildirir ki, hadisə ötən gecə rayonun Atuc kəndi ərazisində qeydə alınıb. Avtomobil Yeni Güləzi kənd sakini, 34 yaşlı Bəhruz Alimovu vurub.
TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 22 iyun saat 23:40-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Quba rayonu, Yeni Güləzi yolu istiqamətindən çağırış daxil olub. Hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadası tərəfindən 34 yaşlı şəxsin xəstəxanayaqədər ölüm faktı qeydə alınıb.