Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı  həlak oldu
02 aprel 2026 17:23 (UTC +04:00)

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu

1

Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində həlak olub. 

Lent.az xəbər verir ki, əslən Naxçıvanın Şahbuz rayonundan olan Rüstəm Dilavər oğlu Mustafayev Ukraynada gedən döyüşlərdə ölüb.

Bu barədə Ukrayna Azərbaycanlılarının Diasporundan məlumat verilib.

Məlumata görə, Rüstəm Mustafayev Ukrayna ordusunun 128-ci əlahiddə dağ-hücum briqadasının 1-ci dağ-hücum batalyonunun tərkibində xidmət edib.

Onun Zaporojye vilayətində gedən döyüşlər zamanı həlak olduğu bildirilib.

Qeyd edək ki, Rüstəm Mustafayevin qardaşı da cəbhədə döyüşür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 256

Oxşar yazılar