Zərdab rayon sakini Rusiya-Ukrayna müharibəsində ölüb.
Lent.az APA-ya istinadla xəbər verir ki, Zərdab rayonu Məmmədqasımlı kənd sakini 1980-ci il təvəllüdlü Sevdim Mehdiyev bir müddət öncə müharibə bölgəsində itkin düşüb. Onun nəşi tapılaraq Azərbaycana gətirilib, bu gün kənd qəbiristanlığında dəfn olunub.
Sevdim Mehdiyevin Rusiya tərəfindən döyüşlərdə iştirak etdiyi bildirilir.
