Şəhid Elmi Səmədov Salyanda dəfn olundu
14 sentyabr 2022 08:58 (UTC +04:00)

 Şəhid Elmi Səmədov Salyanda dəfn olundu

Ermənistanın sərhəddə törətdiyi təxribat nəticəsində həlak olmuş Salyan rayonunun Qızılağac kənd sakini, 26 yaşlı MAXE Elmi Səmədov Mirzəli oğlu Salyanln Alçalı kəndində dəfn olunub.

Lent.az-ın xəbərinə görə, bu barədə APA-nın yerli bürosu məlumat verib.

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Nəticədə Azərbaycan Ordusunun şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Təxribata cavab nəticəsində ilkin məlumata görə, Ermənistan tərəfi 150-200 hərbçi itirib, yaralıların sayı bundan bir neçə dəfə çoxdur.
 

# 1827
avatar

Oxşar yazılar