Şəkidə 53 yaşlı qadını avtomobil vurub.
Lent.az-ın məlumatına görə, hadisə S. Mümtaz küçəsində baş verib.
Piyada 53 yaşlı Nəsibə Laçınova “Mersedes” markalı minik avtomobili tərəfindən vurulub.
Müxtəlif dərəcəli xəsarətlər alan N.Laçınova Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.