Sumqayıtda avtoxuliqanlıq edən  sürücü həbs olundu-VİDEO
11 iyun 2026 20:17 (UTC +04:00)

Sumqayıtda avtoxuliqanlıq edən sürücü həbs olundu-VİDEO

0

Sumqayıt şəhərində yol hərəkəti təhlükəsizliyinin təmini və sürücülər arasında intizam məsuliyyətinin artırılması məqsədilə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.

Lent.az xəbər verir ki, bu məqsədlə Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtoxuliqanlıq edən 37 yaşlı Fərahim Abbasov saxlanılıb. Əvvəllər oğurluq, dələduzluq, soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə dəfələrlə məhkum olunmuş F.Abbasov idarə etdiyi “Mersedes” markalı 50-FL-442 dövlət qeydiyyat nişanlı avtomobillə şəhərin bir sıra küçə və prospektlərində avtoxuliqanlıq hərəkətləri edib. Nəqliyyat vasitəsini dövlət qeydiyyat nişanını çıxararaq təhlükəli manevrlər edən sürücü polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayıb. Sürücü barəsində toplanılmış materiallar məhkəməyə təqdim edilib. Məhkəmənin qərarı ilə F.Abbasov inzibati qaydada həbs edilib və onun sürücülük hüququ məhdudlaşdırılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 214

Oxşar yazılar