Sumqayıtda 44 yaşlı kişini  oğlanları döyüb   öldürdülər -  YENİLƏNİB
22 iyul 2025 21:57 (UTC +04:00)

Sumqayıtda 44 yaşlı kişini oğlanları döyüb öldürdülər - YENİLƏNİB

44 yaşlı A. Bədirovun döyülərək xəstəxanaya yerləşdirilməsi daha sonra isə orada ölməsi barədə polisə məlumat daxil olub.

Lent.az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə iyulun 21-də axşam saatlarında Sumqayıt şəhəri ərazisində qeydə alınıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 17 və 16 yaşlı iki nəfər müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Qeyd edək ki, saxlanılanların hər ikisi ölən şəxsin oğlanlarıdır.

***

17:35

Sumqayıt sakini döyülərək aldığı xəsarətlərdən ölüb.

Lent.az xəbər verir ki, hadisə dünən axşam saatlarında şəhərin Sülh küçəsində qeydə alınıb.

Küçədə döyülərək başından ağır xəsarətlər alan 44 yaşlı Aslan Bağırov xəstəxanaya çatdırılıb. O, bu gün müalicə aldığı xəstəxanada ölüb.

İlkin məlumata görə, A. Bağırovu küçədə oğlu döyüb, daşla başına vurulub.(APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1408

Oxşar yazılar